Nazir müavini: "Aqrar sahə intensiv inkişafda olsa da, su ehtiyatları azalmaqdadır"

Nazir müavini: "Aqrar sahə intensiv inkişafda olsa da, su ehtiyatları azalmaqdadır" Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun prioritet istiqamət kimi intensiv inkişaf yolunda olsa da, bunun üçün lazım olan su ehtiyatları da intensiv şəkildə azalmaqdadır.
İnfrastruktur
14 Mart , 2024 11:54
Nazir müavini: Aqrar sahə intensiv inkişafda olsa da, su ehtiyatları azalmaqdadır

Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun prioritet istiqamət kimi intensiv inkişaf yolunda olsa da, bunun üçün lazım olan su ehtiyatları da intensiv şəkildə azalmaqdadır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

"Aqrar sahə ümumi su istehlakında 70-80 % paya malik olmaqla ölkədə ən böyük istehsalat sahəsidir. Ölkə üzrə suvarılan 1,5 milyon hektar sahənin 90 %-nin su təminatı yerüstü mənbələr hesabına ödənilir, təxminən 180 min hektar sahənin suvarılmasında isə yeraltı mənbələrdən istifadə olunur. Eyni zamanda ixracyönümlü kənd təsərrüfatı məhsullarının 90 %-dən çoxu məhz suvarılan torpaqların payına düşür. Bu rəqəmlər kənd təsərrüfatının sudan asılılığını əyani şəkildə göstərir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi