Naxçıvanın daha bir ucqar yaşayış məntəqəsində yol infrastrukturu yenidən qurulur

Naxçıvanın daha bir ucqar yaşayış məntəqəsində yol infrastrukturu yenidən qurulur Naxçıvanın daha bir ucqar yaşayış məntəqəsində yol infrastrukturu yenidən qurulur.
İnfrastruktur
17 Sentyabr , 2024 18:26
Naxçıvanın daha bir ucqar yaşayış məntəqəsində yol infrastrukturu yenidən qurulur

Naxçıvanın daha bir ucqar yaşayış məntəqəsində yol infrastrukturu yenidən qurulur.

“Report”un yerli bürosu xəbər verir ki, Şahbuz rayonunun Qızıl Qışlaq kəndinin 1 100 metrdən artıq yollarında iş aparılır.

Hazırda 700 metrdən artıq yolda hamarlama və bərkitmə işləri görülüb. Ərazinin relyefi nəzərə alınmaqla yol kənarında ümumi uzunluğu 500 metrədək olan beton su kanalı çəkilir. Həmçinin müvafiq yerlərdə su keçidlərinin quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, yolun çəkilişi kənddən bir qədər aralıda məskunlaşan 20-dən artıq ailənin mərkəzlə əlaqəsini daha gücləndirəcək.

Kəndin ərazisindən keçən, ötən əsrin 80-ci illərində inşa olunan körpü də yenidən qurulacaq. Kükü çayın üzərindəki körüpünün də yenidən qurulması nəzərdə tutulur. Tikinti işləri Şahbuz Rayon İcra Hakimiyyətinin sifarişi ilə Naxçıvan Yol Təmir-Tikinti İdarəsi tərəfindən aparılır.

Son xəbərlər

Orphus sistemi