Naxçıvanda yükdaşıma 2 % artıb

Naxçıvanda yükdaşıma 2 % artıb ​​​​​​​Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda yük daşınması 487 min ton olub
İnfrastruktur
4 Mart , 2024 16:01
Naxçıvanda yükdaşıma 2 % artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 487 min ton yük daşınıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsinindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Bundan başqa, yanvarda Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % artaraq 2 milyon 767 min manat olub.

Son 1 ildə muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 0,8 % artaraq 101 milyon 220 min 300 manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,5 % artaraq 14 milyon 323 min 200 manat olub.

Son xəbərlər

Orphus sistemi