Naxçıvanda ÜDM artıb

Naxçıvanda ÜDM artıb Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
İnfrastruktur
29 Sentyabr , 2021 04:52
Naxçıvanda ÜDM artıb

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq, 4 066,4 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 772 milyon 115 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi