Naxçıvanda üç kəndi birləşdirən körpü yenidən inşa olunub

Naxçıvanda üç kəndi birləşdirən körpü yenidən inşa olunub Babək rayonunun Göynük, Nəhəcir və Nəcəfalı Dizə kəndlərini birləşdirən körpü yenidən inşa olunub və istismara hazırdır.
İnfrastruktur
15 Avqust , 2023 19:11
Naxçıvanda üç kəndi birləşdirən körpü yenidən inşa olunub

Babək rayonunun Göynük, Nəhəcir və Nəcəfalı Dizə kəndlərini birləşdirən körpü yenidən inşa olunub və istismara hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu ilin may ayında Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən asfalt yol üzərində yerləşən körpü güclü yağışlar nəticəsində körpü çökmüş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Nəticədə avtomobillərin sözügedən yaşayış məntəqələrinə gediş-gəlişi çətinləşmişdi.

Mütəxəssislər çökməyə səbəb kimi asfalt yol üzərində aparılan təmir-bərpa işlərinin ərazinin relyefinə uyğun aparılmamasını göstəriblər.

Qısa zamanda problemin aradan qaldırılması məqsədilə tədbirlər görülüb, çökən körpü tamamilə sökülüb, 5,5 metr enində, 12 metr uzunluğunda yeni körpü salınıb. Son tamamlama işlərinin aparıldığı körpünün üzərinə və 35 metr uzunluğunda yola yeni asfalt örtüyü verilib, hamarlama və beton bərkitmə işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi