Naxçıvanda son 5 ildə 297 km uzunluğunda avtomobil yolları yenidən qurulub

Naxçıvanda son 5 ildə 297 km uzunluğunda avtomobil yolları yenidən qurulub Naxçıvanda son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, 4 yeni körpü tikilib, 1 körpü bərpa edilib.
İnfrastruktur
22 Fevral , 2024 19:30
Naxçıvanda son 5 ildə 297 km uzunluğunda avtomobil yolları yenidən qurulub

Naxçıvanda son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, 4 yeni körpü tikilib, 1 körpü bərpa edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Agentliyi idarə heyətinin sədri Bəhruz Əsgərov deyib.

O, vurğulayıb ki, son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulub. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan- Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi