Naxçıvanda ötən il 1 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

Naxçıvanda ötən il 1 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-nın sənaye sektorunda 990,067 mln. manat dəyərində məhsul istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə 1,3% çoxdur.
İnfrastruktur
22 Yanvar , 2019 14:30
Naxçıvanda ötən il 1 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-nın sənaye sektorunda 990,067 mln. manat dəyərində məhsul istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə 1,3% çoxdur. 

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, istehsal edilmiş məhsulun 96,1%-i malların, 3,9%-i isə xidmətlərin payına düşüb. Bu sahədə özəl sektorun payı isə 94,7% təşkil edib.

Ötən il regionda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 50 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 18 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.

Sənayenin inkişafı üçün bank və bank olmayan kredit təşkilatları təsərrüfat subyektlərinə 5,172 mln. manat kredit verib ki, bu da illik müqayisədə 9,1 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi