Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib Naxçıvan Muxtar Respublikasında 371 min 713 şəxsin məlumatları elektron sistemə daxil edilib.
İnfrastruktur
6 Fevral , 2023 18:40
Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

Naxçıvan Muxtar Respublikasında 371 min 713 şəxsin məlumatları elektron sistemə daxil edilib.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılması və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində müvafiq işlər görülüb.

Bildirilib ki, bu günə qədər ümumilikdə 91555 təsərrüfatda 317 min 713 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.

Son xəbərlər

Orphus sistemi