Naxçıvanda 24 dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək

İnfrastruktur
  • 10 iyun, 2024
  • 12:01
Naxçıvanda 24 dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək

Naxçıvan Muxtar Respublikasında 24 dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyul və 11 iyulda hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb.

İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka və modelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri 1000-4200 manat arasında dəyişir.

İyulun 11-də keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.

44 filmi