Naxçıvan və Məşhəd arasında sərnişin qatarı işə salına bilər

Naxçıvan və Məşhəd arasında sərnişin qatarı işə salına bilər Qatar Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edəcək
İnfrastruktur
3 Mart , 2016 12:00
Naxçıvan və Məşhəd arasında sərnişin qatarı işə salına bilər

Bakı. 3 mart. REPORT.AZ/ Naxçıvan və İranın Məşhəd şəhəri arasında sərnişin qatarı işə salına bilər.

Bu barədə "Report"a İranın Naxçıvandakı Baş konsulluğundan bildiriblər. 

Məlumata əsasən, İran və Azərbaycan dəmir yolu qurumları arasında bununla bağlı müzakirələr aparılıb. 

İranın Naxçıvandakı baş konsulu Mansour Airom qeyd edib ki, mövcud infrastrukturu nəzərə alaraq, bu qatarı müzakirələrdən qısa müddət sonra işə salmaq olar. 

Qatarın Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi