Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq

Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq.
İnfrastruktur
17 Dekabr , 2019 12:33
Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq

Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq.

"Report" bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən xəbər verir.

"www.azal.az saytında həyata keçirilən texniki işlərlə əlaqədar 2020-ci il yanvarın 8-dən sonra yerinə yetiriləcək Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti olaraq mümkün olmayacaq",- məlumatda bildirilib.

Məlumata görə, texniki işlərin gələn ilin yanvarın 7-də başa çatması planlaşdırılır.

Qeyd edək ki, yanvarın 8-nə qədər yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.

Qeyd olunan dövr üçün biletlərin əldə edilməsi ilə bağlı “Silk Way Travel”in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etməyinizi xahiş edirik.

Müvəqqəti narahatlığa görə üzr istəyirik.

Son xəbərlər

Orphus sistemi