Naxçıvan iqtisadiyyatına investisiyalar cüzi artıb

Naxçıvan iqtisadiyyatına investisiyalar cüzi artıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 1 017,079 mln. manat vəsait yönəldilib ki, bu da 2017-ci illər müqayisədə 1,1% çoxdur.
İnfrastruktur
22 Yanvar , 2019 13:59
Naxçıvan iqtisadiyyatına investisiyalar cüzi artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 1 017,079 mln. manat vəsait yönəldilib ki, bu da 2017-ci illər müqayisədə 1,1% çoxdur. 

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, vəsait qoyuluşunun 947,798 mln. manatı və yaxud 93,2%-i tikinti-quraşdırma işlərində istifadə edilib. Ötən il regionda 212 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 107 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2018-ci ildə 7 kənd mərkəzi istifadəyə verilib, 7 kənd mərkəzinin tikintisi davam etdirilib.

Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 16 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 7 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib. Yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2 kommunal təyinatlı avtomobil və 490 konteyner alınıb. 

Əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 378 400 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2017-ci ildəki göstəricidən çoxdur.

Son xəbərlər

Orphus sistemi