Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb Bu ilin I yarısında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 564,6 milyon manat vəsait yönəldilib.
İnfrastruktur
27 İyul , 2021 10:59
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

Bu ilin I yarısında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 564,6 milyon manat vəsait yönəldilib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.

6 aylıq investisiya qoyuluşunun 542 milyon manatı və yaxud 96%-i tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da bir il öncəki göstəricidən 0,8% çoxdur.

Yanvar-iyun aylarında muxtar respublikada 116 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və yaxud əsaslı təmir olunub, 168 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və yaxud əsaslı təmiri davam etdirilib.

Son xəbərlər

Orphus sistemi