Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1%-ə yaxın artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1%-ə yaxın artıb Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 797,6 milyon manat vəsait yönəldilib.
İnfrastruktur
28 Oktyabr , 2020 10:16
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 797,6 milyon manat vəsait yönəldilib.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9% çoxdur.

9 aylıq investisiya qoyuluşunun 764,4 milyon manatı və yaxud 95,8%-i tikinti-quraşdırma işlərinə yönəldilib. Bu isə illik müqayisədə 1,9% çoxdur.

Hesabat dövründə muxtar respublikada 217 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və yaxud əsaslı təmir olunub, 207 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və yaxud əsaslı təmiri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi