Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlayıb

Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlayıb Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib
İnfrastruktur
13 Aprel , 2017 09:26
Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlayıb.

"Report"un xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, 2017-ci ilin birinci rübündə də Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib, Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 139 marşrut xəttində 305 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.

Taksi fəaliyyəti göstərən sürücülərin isə muzeylərə ekskursiyaları təşkil olunub, vətəndaşların 288 nömrəsinə zəng etməklə taksi xidmətindən istifadəsinə şərait yaradılıb. 

Son xəbərlər

Orphus sistemi