Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın Şəki şəhərinin Baş Planı təsdiqlənib.
"Report"un xəbərinə görə, bununla bağlı Azərbaycanın baş naziri Artur Rasizadə qərar imzalayıb. Belə ki, Azərbaycan Nazirlər Kabineti Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair “Şəki şəhərinin Baş planı”nı təsdiq edib.
Qeyd edək ki, Nazirlər Kabineti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq bu planı təsdiqləyib.