Səfir: “Azərbaycan Orta Dəhlizin Avropaya kimi genişləndirilməsində hərəkətverici qüvvədir”
Səfir: “Azərbaycan Orta Dəhlizin Avropaya kimi genişləndirilməsində hərəkətverici qüvvədir”Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Cənubi Qafqaza və qərbə Avropaya kimi genişləndirilməsi üçün ticarət və investisiya əlaqələrini inkişaf etdirən hərəkətverici qüvvədir.
Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Cənubi Qafqaza və qərbə Avropaya kimi genişləndirilməsi üçün ticarət və investisiya əlaqələrini inkişaf etdirən hərəkətverici qüvvədir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan bərə, liman və digər nəqliyyat infrastrukturunda əhəmiyyətli irəliləyişlərə nail olub.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.
#Azerbaijan is the moving force that is promoting trade and investment ties to extend the Central-Trans-Caspian Network (CTCN) into the South #Caucasus and westward to #Europe. It has completed significant advancements in ferry, port, and other transport infrastructure.…