Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır

Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir
İnfrastruktur
13 İyul , 2017 09:44
Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23,5-ci və 24,4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, metalkonstruksiyalı və ortadayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir.

"Pilləkan hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55,4 metr, qalereyasının eni isə 3,7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5,5 metr təşkil edir. Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələrin yaradılması, həmçinin zəruri yol nişanlarının quraşdırılması da nəzərdə tutulub.

Metal konstruksiyalı yeni yerüstü piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq", - deyə Şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi