Müntəzəm maşrut xətləri üzrə avtobusların sayı artırılıb

Müntəzəm maşrut xətləri üzrə avtobusların sayı artırılıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 11 regional ərazi bölməsinə şəhərdaxili avtobusların sayının artırılması ilə bağlı tapşırıqlar verib.
İnfrastruktur
4 May , 2020 12:03
Müntəzəm maşrut xətləri üzrə avtobusların sayı artırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 11 regional ərazi bölməsinə şəhərdaxili avtobusların sayının artırılması ilə bağlı tapşırıqlar verib.

“Report” xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən sərnişin axını müşahidə edilir: “Bakı, Abşeron, Sumqayıt istiqamətində hərəkət edən müntəzəm maşrut xətlərində avtobus sayı artırılıb. Hazırda Bakı-Sumqayıt istiqamətində sərnişin daşınmasında 33 avtobus fəaliyyət göstərir".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə tətbiq edilən karantinin müddətini mayın 31-ə qədər uzadıb. 

Son xəbərlər

Orphus sistemi