Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 19 % artıb

Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 19 % artıb Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlak üzrə 24 101 mülkiyyət hüququ qeydə alınıb.
İnfrastruktur
9 Fevral , 2022 16:03
Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 19 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlak üzrə 24 101 mülkiyyət hüququ qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19,3 % çoxdur.

Aylıq göstəricinin 4 101-i ilkin qeydiyyat, 20 000-i isə təkrar qeydiyyat olub. Ümumilikdə ay ərzində fərdi yaşayış evləri üzrə 3 798, mənzillər üzrə 6 835, torpaq sahələri üzrə 12 534, digər daşınmaz əmlak növləri üzrə isə 934 mülkiyyət hüququ qeydə alınıb.

İlin ilk ayında 18 608 daşınmaz əmlak üzrə texniki pasport tərtib edilib, 351 yüklülük (İcarə, istifadə hüquqlarının qeydiyyatı) , 5 132 ipoteka müqaviləsi qeydiyyata alınıb. Ay ərzində məhdudlaşdırmaya dair dövlət reyestrindən 53 821 arayış (FORMA-1) verilib. Əhaliyə xidmətlə bağlı verilmiş müxtəlif arayışların sayı 116 980 olub.

Son xəbərlər

Orphus sistemi