Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir

Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir Yeni yol başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürür
İnfrastruktur
2 Aprel , 2021 12:33
Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir

Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolu tikilir.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək: "Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir".

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Son xəbərlər

Orphus sistemi