Mövlud Cavuşoğlu: "Geosiyasi reallıqlar "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"

Mövlud Cavuşoğlu: "Geosiyasi reallıqlar "Orta Dəhliz" üçün yeni imkanlar yaradır" "Geosiyasi reallıqlar "Şimal Dəhlizi"nə alternativ olan “Orta Dəhliz” üçün yeni imkanlar yaradır".
İnfrastruktur
2 Avqust , 2022 11:03
Mövlud Cavuşoğlu: Geosiyasi reallıqlar Orta Dəhliz üçün yeni imkanlar yaradır

"Geosiyasi reallıqlar "Şimal Dəhlizi"nə alternativ olan “Orta Dəhliz” üçün yeni imkanlar yaradır".

Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu bildirib.

Onun sözlərinə görə, “Orta Dəhliz"lə tranzit daşımalar həm qiymət baxımından sərfəlidir, həm də təhlükəsizdir.

"Qədim dünyanın ən önəmli ticarət yolu olan “İpək yolu”nun yenidən canlanması türk dünyasını daha da bütövləşdirəcək", - nazir əlavə edib.

Türkiyə XİN rəhbəri türk dövlətləri arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi üçün tarixi “İpək yolu”nun bərpasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, geosiyasi reallıqlar “Orta Dəhliz”də yeni imkanlar yaradır və “Şərq-Qərb” nəqliyyat əlaqələri, təbii ki, çox vacibdir: “Eyni zamanda, “Şimal-Cənub” istiqaməti də mühüm əhəmiyyət kəsb edir.

Xəzər dənizi vasitəsilə yüklərin tranzitini nəzərdə tutan “Orta Dəhliz” günümüzün reallıqlarında xüsusi əhəmiyyət kəsb edir. Ukraynadakı müharibə bizə təhlükəsiz yük daşımalarının və logistikanın vacibliyini bir daha xatırladıb. Bu marşrut həm də iqtisadi nötqeyi-nəzərdən effektlidir”, - o vurğulayıb.

M.Çavuşoğlu xatırladıb ki, hazırda bir çox inkişaf etməmiş ölkələr ərzaq böhranı ilə üz-üzədir: “Ukraynadakı müharibə ərzaq tədarükünün şaxələndirilməsinin vacibliyini və bu sistemin həssas olduğunu nümayiş etdirib".

Son xəbərlər

Orphus sistemi