Moskva prospektində keçid yol bağlanıb

Moskva prospektində keçid yol bağlanıb Sürücülər "Şamaxinka"ya daxil olaraq, 20 Yanvar dairəsi istiqamətində hərəkət edə bilərlər
İnfrastruktur
2 Sentyabr , 2016 17:07
Moskva prospektində keçid yol bağlanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakı şəhərinin Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra 20 Yanvar dairəsi istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. 

"Azəravtoyol" MMC-dən "Report"a daxil olan məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış "Şamaxinka" adlanan əraziyə daxil olaraq, 20 Yanvar dairəsi istiqamətində hərəkət edə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi