Moskva aeroportlarının sərnişin dövriyyəsi 4 dəfə artıb

Moskva aeroportlarının sərnişin dövriyyəsi 4 dəfə artıb Bu ilin iyun ayında Rusiyanın paytaxtı Moskvadakı hava limanlarının sərnişin dövriyyəsi may ayı ilə müqayisədə 3,6 dəfə artıb.
İnfrastruktur
27 İyul , 2020 10:45
Moskva aeroportlarının sərnişin dövriyyəsi 4 dəfə artıb

Bu ilin iyun ayında Rusiyanın paytaxtı Moskvadakı hava limanlarının sərnişin dövriyyəsi may ayı ilə müqayisədə 3,6 dəfə artıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay şəhərin Şeremetova, Domodedovo və Vnukovo aeroportlarının xidmətindən 1,8 milyon insan istifadə edib. Bu rəqəm əvvəlki ay 497 min nəfər olub.

Xatırladaq ki, Rusiyada daxili uçuşlar artıq bərpa edilib. Avqustun 1-dən etibarən beynəlxalq aviareyslərin bərpa olunması gözlənilir. İlk növbədə Böyük Britaniyanın paytaxtı Londona, Türkiyənin İstanbul və Ankara şəhərlərinə, 10 avqustdan etibarən isə - Bodrum, Dalaman və Antaliyaya uçuşlar həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi