Mingəçevirdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmirinə 3 milyon manat ayrılıb

Mingəçevirdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmirinə 3 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
27 Fevral , 2018 17:46
Mingəçevirdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmirinə 3 milyon manat ayrılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 27-də “Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi