Milli Məclisdə su təsərrüfatı ilə bağlı dinləmələr keçirilir

Milli Məclisdə su təsərrüfatı ilə bağlı dinləmələr keçirilir Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmələr keçirilir.
İnfrastruktur
28 Fevral , 2024 10:13
Milli Məclisdə su təsərrüfatı ilə bağlı dinləmələr keçirilir

Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmələr keçirilir.

"Report" xəbər verir ki, dinləmələri parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsi birgə təşkil edib.

Dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və digər rəsmilər iştirak edir.

Aqrar siyasət komitəsinin sədri T.Rzayev bildirib ki, dövlətlərarası əlaqələrin pozulması bütün sahələrdə olduğu kimi, dünyanın su təsərrüfatında da ciddi problemlər yaradıb və bu, Azərbaycandan da yan keçməyib.

"Ölkəmizdə bu sahədə müəyyən uğurlarla yanaşı çatışmazlıqlar da var", - deyə deputat qeyd edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində daima çirkləndirilir: "Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bunu da İran və Ermənistan çirkləndirir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil".

Son xəbərlər

Orphus sistemi