Milli Arxiv İdarəsi 2 milyon manatlıq tenderə yekun vurub

Milli Arxiv İdarəsi 2 milyon manatlıq tenderə yekun vurub Milli Arxiv İdarəsi ”Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması üçün İKT avadanlıqlarının və texniki vasitələrinin alınması, arxiv sənədlərinin rəqəmsallaşdırılmas
İnfrastruktur
20 Dekabr , 2021 11:45
Milli Arxiv İdarəsi 2 milyon manatlıq tenderə yekun vurub

Milli Arxiv İdarəsi ”Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması üçün İKT avadanlıqlarının və texniki vasitələrinin alınması, arxiv sənədlərinin rəqəmsallaşdırılması alqoritminin və proqram təminatının hazırlanması, vahid elektron arxiv məlumat sisteminin yaradılması, iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Sinam" MMC-dir.

Qalib şirkətə 1,999 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi