Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı şəhərində Mikayıl Müşfiq küçəsinin İsmayıl Qutqaşınlı küçəsi ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.
Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat daxil olub.
Sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.