Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonasının 70 hektarı minalardan təmizlənib"

Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonasının 70 hektarı minalardan təmizlənib" Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zona”sı Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib.
İnfrastruktur
3 Dekabr , 2021 12:50
Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonasının 70 hektarı minalardan təmizlənib

Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zona”sı Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında qeyd edib.

Onun sözlərinə görə, bu günlərdə Sənaye Parkının sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 4-ü Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası”nın təməlini qoyub.

Son xəbərlər

Orphus sistemi