MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı 06 de
İnfrastruktur
5 Noyabr , 2024 09:02
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzili və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzili, ümumilikdə 544 mənzili satışa çıxarır.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, satış dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az), “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız bu sistemdə elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Sumqayıt Yaşayış Kompleksi üzrə - 27.09.2021-ci il tarixli 31957 nömrəli və 24.01.2022-ci il tarixli 32415 nömrəli, Lənkəran Yaşayış Kompleksi üzrə 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi mövcuddur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verib.

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 59 700 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 77 200 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti – 61 965 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Lənkəran Yaşayış Kompleksi üzrə:

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Lənkəran Yaşayış Kompleksi üzrə:

internet səhifəsinə (www.mida.gov.az/layiheler) daxil olaraq LənkəranSumqayıt Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

MİDA-nın güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, 1 saylı Sumqayıt və Lənkəran regional), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Son xəbərlər

Orphus sistemi