MİDA: "Yasamal Yaşayış Kompleksində mənzillərin 60 %-i qeyri-qanuni yolla alınıb"

MİDA: "Yasamal Yaşayış Kompleksində mənzillərin 60 %-i qeyri-qanuni yolla alınıb" Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində güzəştli əsaslarla satışa çıxarılan 442 mənzilin 60 %-i xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə əldə edilib.
İnfrastruktur
8 İyul , 2022 16:44
MİDA: Yasamal Yaşayış Kompleksində mənzillərin 60 %-i qeyri-qanuni yolla alınıb

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində güzəştli əsaslarla seçimə çıxarılan 442 mənzilin 60 %-i xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə əldə edilib. 

"Report" xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi mənzil almaq istəyənlərə şərait yaradılmasıdır: 

"Sistemə müdaxilə nəticəsində güzəştli mənzillərin 60 %-i qeyri-qanuni yolla satın alınıb. Bir sıra şəxslər əvvəlcədən əlbir olaraq qrup şəkildə onlara müraciət etmiş güzəştli mənsiz sistemi istifadəçilərinə qeyri-qanuni olaraq mənzil əldə etmək üçün proqram sistemi yaradıblar.

Güzəştli mənzil seçimi sisteminin təməl prinsiplərindən biri olan bərabər şəraitin təmin olunmasıdır. Bu proqram təminatı bərabər şəraitin yaradılmasına ziddir. Seçimə çıxarılan mənzillərin 60 %-dən çoxu bu yolla satın alındığı üçün bütün nəticələr ləğv edilib".

Son xəbərlər

Orphus sistemi