Metronun “Xətai” stansiyasında taxta şpallar beton şpallarla əvəzlənir

Metronun “Xətai” stansiyasında taxta şpallar beton şpallarla əvəzlənir “Bakı Metropoliteni” QSC-nin “Şah İsmayıl Xətai” stansiyasında taxta şpalların beton şpallarla əvəzlənməsinə başlanılıb.
İnfrastruktur
217
31 May , 2021 12:47
Metronun “Xətai” stansiyasında taxta şpallar beton şpallarla əvəzlənir

“Bakı Metropoliteni” QSC-nin “Şah İsmayıl Xətai” stansiyasında taxta şpalların beton şpallarla əvəzlənməsinə başlanılıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq stansiyanın bir yolunda beton bloklar tətbiq edilib: “2-ci yolda da taxta şpallar sökülür və yerinə beton bloklar yerləşdirilir. Bu proses tamamlandıqdan sonra yenidən planlaşdırma aparılacaq və növbəti işlərin hansı stansiyalarda tətbiq ediləcəyi müəyyənləşdiriləcək”.

Son xəbərlər

Orphus sistemi