Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb Bu ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış Bakı Metropoliteni QSC-nin “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.
İnfrastruktur
18 Sentyabr , 2019 17:51
Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

Bu ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış "Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

Qurumdan "Report"a verilən məlumata görə, ötən müddət ərzində eskalator sökülərək təftiş edilib, təmir işləri aparılıb, zəruri hissələr yenilənib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Bu tip eskalatorlar 110 000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. 

Son xəbərlər

Orphus sistemi