Metronun "C.Cabbarlı"-"Xətai" xəttində sərnişinlər diaqnostika qatarları ilə gəliblər

Metronun "C.Cabbarlı"-"Xətai" xəttində sərnişinlər diaqnostika qatarları ilə gəliblər Metropoliten məsələyə münasibət bildirib
İnfrastruktur
28 Sentyabr , 2017 11:37
Metronun C.Cabbarlı-Xətai xəttində sərnişinlər diaqnostika qatarları ilə gəliblər

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında sərnişinlər metronun "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyasına Bakı Metropoliteninin Diaqnostika Kompleksi qatarları ilə gəlməli olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, diaqostika qatarı "28 May" stansiyasından "Cəfər Cabbarlı"-"Xətai" xəttinə daxil olur və bu zaman qatarlar arasında bir neçə dəfə interval artır: "Beş vaqonluq qatarda, diaqnostika qatarı isə sadəcə 1 vaqondan ibarətdir. Qatarların hərəkətində heç bir gecikmə qeydə alınmayıb, bu, diaqnostika qatarı üçün normal haldır", - deyə N. Paşayev qeyd edib.

Qeyd edək ki, Diaqnostika Kompleksi qatarları serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompüter avadanlığı, GPS-koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş qatardır. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır. Bundan başqa, rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarəti aparılır. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verir. 

Son xəbərlər

Orphus sistemi