Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) cəmi aktivləri bu il yanvarın 1-nə 103,826 milyon manat təşkil edib.
İnfrastruktur
7 İyun , 2019 13:24
Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) cəmi aktivləri bu il yanvarın 1-nə 103,826 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 512 min manatı qısamüddətli, 103,314 milyon manatı isə uzunmüddətli aktivlərdir.

Hesabat tarixinə MİDA 314 min manatlıq cəmi öhdəliklərə, 103,512 milyon manatlıq cəmi kapitala, o cümlədən 100 milyon manatlıq nizamnamə kapitalına malik olub.

Ötən il MİDA-nın dövlət yardımı hesabına gəlirləri 1,379 milyon manat, maliyyə gəlirləri 4,371 milyon manat, əməliyyat zərəri 16 min manat, ümumi və inzibati xərcləri 1,97 milyon manat, mənfəət vergisi ödəmələri isə 748 min manat təşkil edib. Son nəticədə qurum 2018-ci ili 3,015 milyon manat xalis mənfəətlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi