Meliorasiya və su təsərrüfatı qurumu 20 mln manatlıq 3 tenderə yekun vurub

Meliorasiya və su təsərrüfatı qurumu 20 mln manatlıq 3 tenderə yekun vurub “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası (1), Akuşa kanalının yenidən qurulmasın
İnfrastruktur
12 Oktyabr , 2022 13:34
Meliorasiya və su təsərrüfatı qurumu 20 mln manatlıq 3 tenderə yekun vurub

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası (1), Akuşa kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması (2), eləcə də Qusar rayonunun Girik kəndinin və sərhəd zastavasının Samur çayının sel sularından mühafizəsi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Körpü - Bina – Tikinti” MMC, "Koltek Müşavirlik Anonim Şirkəti" və “Euroline» QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 12,261 milyon manat, 4,796 milyon manat və 2,677 milyon manat, ümumilikdə isə 19,734 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi