Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur
İnfrastruktur
22 Avqust , 2017 19:33
Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Bakı. 22 avqust. REPORT.AZ/ Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 23 avqust tarixindən etibarən sözügedən yolun Mehdiabad-Balaxanı hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq mədudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məhdudlaşdırma yolun “Təmiz şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 m-lik hissəsini əhatə edəcək.

Sürücülərə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi