Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu daha bir tenderə yekun vurub

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu daha bir tenderə yekun vurub “Kür-Araz Şirkəti”nin bu günə 11 633 manat vergi borcu var.
İnfrastruktur
705
4 Noyabr , 2020 14:49
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu daha bir tenderə yekun vurub

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Kür-Araz Şirkəti” MMC-dir.

Qalib şirkətə 6 691,3 min manat ödəniləcək.

“Kür-Araz Şirkəti”nin bu günə 11 633 manat vergi borcu var.

Son xəbərlər

Orphus sistemi