Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrılıb

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrılıb Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
6 İyun , 2018 17:56
Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrılıb

Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi