Bakı-Masazır istiqamətində fəaliyyət göstərən avtobusların sayı artırıldı

Bakı-Masazır istiqamətində fəaliyyət göstərən avtobusların sayı artırıldı Sərnişin sıxlığının aradan qaldırılması üçün bu gündən etibarən 525 saylı marşrut xətti üzrə (Bakı-Masazır) avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.
İnfrastruktur
12 İyun , 2020 16:52
Bakı-Masazır istiqamətində fəaliyyət göstərən avtobusların sayı artırıldı

Sərnişin sıxlığının aradan qaldırılması üçün bu gündən etibarən 525 saylı marşrut xətti üzrə (Bakı-Masazır) avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. 

"Sərnişinlərimizdən xahiş edirik ki, günün pik saatlarında Bakı-Sumqayıt istiqamətindəki yolda olan sıxlığı nəzərə alaraq, sosial izolyasiya qaydalarına əməl etsinlər və tibbi qoruyucu vasitələrdən istifadə etsinlər. Avtobusların obyektiv səbəbdən müəyyən qədər gecikməyini nəzərə alaraq sosial məsafə qaydaları diqqətdə saxlanılsın və növbəti avtobusu gözləyərək bir avtobusu çox yükləməsinlər", - qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi