Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb - VİDEO

Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb - VİDEO Avtonəqliyyat vasitələri dairəyə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət eə bilər
İnfrastruktur
7 İyul , 2017 16:20
Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb - VİDEO

Bakı. 7 iyul. REPORT.AZ/  Bakı-Quba-Rusifa ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü km-lik (Bakı-Sumqayıt yolu) hissəsində, Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədi ilə yeni keçid hissə yaradılıb.

Bu barədə "Report" "Azəravtoyol" ASC-yə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədi ilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib.Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.

Bu işlər imkan verir ki, avtonəqliyyat vasitələri Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

Son xəbərlər

Orphus sistemi