Marşrut avtobuslarında dezinfeksiyaedici məhlul yerləşdirilib

Marşrut avtobuslarında dezinfeksiyaedici məhlul yerləşdirilib Bakı Nəqliyyat Agentliyinin tövsiyəsi əsasında müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.
İnfrastruktur
20 Mart , 2020 17:29
Marşrut avtobuslarında dezinfeksiyaedici məhlul yerləşdirilib

Bakı Nəqliyyat Agentliyinin tövsiyəsi əsasında müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir. Gecə saatlarında aparılan proses BNA-nın mobil qrupları tərəfindən nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi