Maliyyə Nazirliyi: "Utilizasiya proqramı Azərbaycanda yeni nəqliyyat parkının yaranmasına müsbət təsir edəcək"

Maliyyə Nazirliyi: "Utilizasiya proqramı Azərbaycanda yeni nəqliyyat parkının yaranmasına müsbət təsir edəcək" Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramının qəbulu qısa müddətdə texniki cəhətdən normal maşınlardan ibarət yeni nəqliyyat parkının formalaşmasına müsbət təsir edəcək.
İnfrastruktur
1 İyun , 2023 11:40
Maliyyə Nazirliyi: Utilizasiya proqramı Azərbaycanda yeni nəqliyyat parkının yaranmasına müsbət təsir edəcək

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramının qəbulu qısa müddətdə texniki cəhətdən normal maşınlardan ibarət yeni nəqliyyat parkının formalaşmasına müsbət təsir edəcək.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov Milli Məclisin Tebii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Maliyyə Nazirliyi müxtəlif dövlətlərin təcrübəsini öyrənməklə bu layihəyə tövsiyələrini verib. Bu layihənin qəbul edilməsi ölkədə avtomobillərin dəqiq uçotunun aparılmasına köməklik göstərəcək. Layihədə utilizaisya könüllü xarakter daşıyır. Amma bəzi ölkələrdə bu məcburidir", - deyə F.Şirinov deyib.

Son xəbərlər

Orphus sistemi