Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa edilib
İnfrastruktur
- 14 avqust, 2025
- 19:58
Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, artıq təsərrüfata əvvəlki qaydada su verilir.
Sözügedən ovçuluq təsərrüfatında iki gün ərzində su səviyyəsinin əvvəlki vəziyyətdə olacağı gözlənilir.
Xatırladaq ki, avqustun 12-də Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb. Kütləvi tələfata səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nəticədə Mahmudçala Ovçuluq Təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verib.
Son xəbərlər
12:58
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Biznes12:57
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İraq Kürdüstan Regionunda bir sıra görüşlər keçirib
Biznes12:54
Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə ötən il daşınmış yükün həcmi açıqlanıb
İnfrastruktur12:52
Almaniyalı biatlonçular olimpiada zamanı qidadan zəhərləniblər
Fərdi12:51
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-ə yaxın artıb
Maliyyə12:50
Növbəti köç karvanları Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb
Daxili siyasət12:48
Naxçıvanda yük və sərnişin daşınması artıb
İnfrastruktur12:48
Azərbaycanda logistika subsidiyasının şamil ediləcəyi ölkələr müəyyənləşib
Biznes12:44