London aeroportunda saxlanılan Azərbaycanın təyyarə bələdçiləri buraxılıb

London aeroportunda saxlanılan Azərbaycanın təyyarə bələdçiləri buraxılıb Paşa Kəsəmənski: "Buraxılan bələdçilər yaxın günlərdə Azərbaycana qayıdacaq"
İnfrastruktur
26 Yanvar , 2017 11:46
London aeroportunda saxlanılan Azərbaycanın təyyarə bələdçiləri buraxılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 24-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman London aeroportunun polisi tərəfindən saxlanılan təyyarə bələdçiləri bu gün sərbəst buraxılıb.

Bu barədə “Report”a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

“Ötən gün həmin aviareys başqa bələdçilərlə yerinə yetirilib. Bu gün buraxılan bələdçilər isə yaxın günlərdə Azərbaycana qayıdacaq”, - deyə P.Kəsəmənski əlavə edib.

Məlumat üçün bildirək ki, sözügedən reys yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə London aeroportunun polisi tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi