Lənkəranda sakinlərin problemləri həll edilir

Lənkəranda sakinlərin problemləri həll edilir Prezident İlham Əliyevin tapşırığının icrası Lənkəran Şəhər İcra Hakimiyyətinin də gündəlik fəaliyyətinin əsasını təşkil edir.
İnfrastruktur
793
26 Avqust , 2020 14:19
Lənkəranda sakinlərin problemləri həll edilir

Əhalini narahat edən problemlərlə yaxından tanış olmaq məqsədi ilə rəhbər işçilərin yaşayış məskənlərində sakinlərlə tez-tez görüşlərinin keçirilməsi və vətəndaşların narahat edən məsələlərin həllindən ötrü vaxtında tədbirlərin görülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığının icrası Lənkəran Şəhər İcra Hakimiyyətinin də gündəlik fəaliyyətinin əsasını təşkil edir.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, şəhər icra başçısı Taleh Qaraşov başda olmaqla aparatın rəhbər işçiləri müntəzəm olaraq ayrı-ayrı kənd və qəsəbələrdə sakinlərlə söhbətlər aparır, qaldırılan məsələlər və irəli sürülən təkliflərlə yerindəcə tanış olur, onların həlli ilə bağlı tədbirlər müəyyənləşdirilir. Son illərdə rayonda böyük uğurla həyata keçirilən quruculuq-abadlıq işləri, məktəb tikintiləri, yol çəkilişləri, çoxmənzilli kommunal yaşayış binalarının əsaslı təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi iri investisiya tutumlu layihələrin çoxu məhz vətəndaşlarla görüşlər zamanı qaldırılan məsələlərin həssaslıqla araşdırılmasının məntiqi nəticələri kimi qiymətləndirilir.

Avqustun 25-də rayonun Darquba və Səbir kəndlərinə baş çəkən icra başçısı sakinlərin qayğıları ilə maraqlanıb, əvvəlki görüşlərdə qaldırılan məsələlərin həlli vəziyyəti ilə tanış olub. Görüş Darquba və Səbir kəndlərini birləşdirən yolun asfaltlanmasının başa çatmasına təsadüf edib. 

Onlar son illərdə ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri, xüsusilə Darquba kəndində təhsilin keyfiyyətinin yüksəlməsinə gözəl imkanlar yaratmış, ən müasir şəraitə malik çoxmərtəbəli yaraşıqlı məktəbin tikilib istifadəyə verilməsini, ərazinin başdan-başa qazlaşdırılmasını, içməli su, elektrik və rabitə xətlərinin yenilənməsini, çoxdan arzuladıqları Darquba-Səbir yolunun asfaltlanmasını dövlət başçısının vətəndaşlara göstərdiyi əvəzsiz qayğısı kimi vurğulayaraq ölkə Prezidentinə minnətdarlıq ifadə ediblər.

Sakinlərin razılığını yüksək dəyərləndirən icra başçısı vətəndaşların istək və arzularının yerinə yetirilməsi ilə bağlı işlərin bundan sonra da davamlı olaraq görüləcəyini diqqətə çatdırmaqla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar rayonda həyata keçirilən kompleks tədbirlərdən də danışaraq onlara sayıqlığı itirməməyi, tətbiq olunan qaydaları pozmamağı, tibbi maskadan, qoruyucu vasitələrdən istifadə etməyi, təmas zamanı sosial məsafə saxlamağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi