Laziz Kudratov: “Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunu yüksəltməyə çalışır”

Laziz Kudratov: “Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunu yüksəltməyə çalışır” Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunun yüksəldilməsi üzərində çalışır.
İnfrastruktur
21 May , 2024 13:13
Laziz Kudratov: “Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunu yüksəltməyə çalışır”

Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunun yüksəldilməsi üzərində çalışır.

“Report” xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin avqustda Özbəkistana dövlət səfərinə hazırlıq işləri görülür. Bu səfər zamanı münasibətlərimizə daha yüksək status və səviyyə verəcək ciddi nəticələr əldə olunacaq. Özbəkistan hökuməti Azərbaycan şirkətlərinin ölkədə fəaliyyəti üçün hər zaman uyğun şərait yaradacaq”, - L. Kudratov bildirib.

Nazir 2023-cü ildə Birgə İnvestisiya Şirkətinin yaradılmasının vacibliyini vurğulayaraq, bunun bütün təşəbbüsləri dəstəkləmək üçün xüsusi alət olduğuna diqqət çəkib:

“Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın üçüncü sahəsi nəqliyyat sektorudur. Birbaşa aviareyslər yaradılıb, biz Azərbaycanın infrastrukturu ilə daşımaları fəal şəkildə artırırıq və bu il bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. İlin birinci rübündə bu rəqəm 300 min ton təşkil edib. Şirkətlərimizin bu dəhlizdən daha çox istifadə etmələri üçün güzəştlər və üstünlüklər verdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq”.

Son xəbərlər

Orphus sistemi