Lapis-Lazuli marşrutu ilə daşınan yüklər Azərbaycan ərazisindədir

Lapis-Lazuli marşrutu ilə daşınan yüklər Azərbaycan ərazisindədir Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutu ilə daşınan yüklər ölkə ərazisinə çatıb.
İnfrastruktur
2384
25 Dekabr , 2018 11:40
Lapis-Lazuli marşrutu ilə daşınan yüklər Azərbaycan ərazisindədir
0 : 00
0 : 00

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutu ilə daşınan yüklər ölkə ərazisinə çatıb. 

"Report" xəbər verir ki, yüklər Azərbaycana Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanına 9 tırda daxil olub. 

Tırların qarşılanması mərasimində marşrtun üzvü olan Əfqanıstanın və Türkiyənin Azərbaycandakı səfirləri, Gürcüstan və Türkmənistan səfirliklərinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, yüklər Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə daşınacaq. Bunlar əsasən ərzaq məhsullarıdır. 

Son xəbərlər

Orphus sistemi