"Lamborghini" dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib

"Lamborghini" dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib O, yerindən 100 km/saata qədər sürəti 3,6 saniyəyə yığa bilir
İnfrastruktur
174
5 Dekabr , 2017 02:57
Lamborghini dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib

Bakı. 5 dekabr. REPORT.AZ/ İtaliyanın "Lamborghini" şirkəti dünyanın ən sürətli yolsuzluq avtomobillərindən biri olan "Urus" modelini təqdim edib.

“Report” xəbər verir ki, təqdimat mərasimi şirkətin Sant-Aqata-Bolonyeze şəhərində yerləşən zavodunda baş tutub.

"Lamborghini Urus" iki turboşarjlı yeni 4 litrlik 650 at gücündə V8 benzin mühərriki ilə təchiz olunub. Avtomobilin maksimum sürəti 305 km/saatdır. O, yerindən 100 km/saata qədər sürəti 3,6 saniyəyə yığa bilir.

Firmanın məlumatına görə, "Urus" dünyanın ən sürətli yolsuzluq avtomobilidir.

Avtomobilin təqribi qiyməti 254 min dollardır.

Son xəbərlər

Orphus sistemi