Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti
"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illər Kürdəmir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı Kompleksi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilib, əhalinin içməli su təminatı yaxşılaşdırılıb, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənib, parklar salınıb.
Dövlət başçısı Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.